Tədris metodikamız

Təlim prosesi sosial və emosional öyrənmə (SEL) metodikasına, təhsil sistemi isə Kembric Beynəlxalq kurikulumuna əsaslanır. Hazırda dünyanın bir sıra təhsil müəssisələrində təlim və tədris metodikası kimi tətbiq olunan SEL və Kembric sistemləri şagirdlərin təhsil həyatları ilə yanaşı, gələcək karyeralarında da müsbət təsirini əyani olaraq sübut etmişdir. Bəs SEL və Kembric metodikası nədir?

SEL hər yaşda olan şagirdlərə öz emosiyalarını daha yaxşı anlamağa, bu emosiyaları tam şəkildə hiss etməyə və başqalarına empatiya nümayiş etdirməyə kömək edən təlim metodologiyasıdır. Bu öyrənilmiş davranışlar daha sonra şagirdlərə müsbət, məsuliyyətli qərarlar qəbul etməyə kömək etmək, məqsədlərinə çatması üçün çərçivələr yaratmaq və başqaları ilə müsbət əlaqələr qura bilmələri üçün istifadə olunur.

Sosial və emosional öyrənmə metodikasının 5 əsas istiqaməti var:

Kembric Beynəlxalq Kurikulumu isə təhsil sahəsində qlobal standartlara əsaslanır və bütün dünya üzrə universitetlər tərəfindən, həmçinin işəgötürmə prosesi zamanı şirkətlər tərəfindən tanınır. 150-dən çox ölkənin təhsil sistemində tətbiq olunan bu metodologiyada biliklər maraqlı məlumatlar toplusu kimi öyrənilir, şagirdlərin elmə daim həvəslə yanaşmalarına diqqət göstərilir.

Kembric sistemi digər ölkə kurikulumlarına asanlıqla uyğunlaşdırıla bilindiyi üçün unikal təhsil sistemi hesab olunur. Beləliklə, “Zəfər Liseyi”-ndə Azərbaycan və rus bölmələri üzrə təhsil alan şagirdlər də beynəlxalq təhsil almış olacaqlar.