Qeydiyyat başlandı!
müraciət et
Hər kəsə əlçatan təhsil!
müraciət et

Missiyamız

Ənənəvi dəyərlərə sahib çıxan, bəşəri düşünən yurdsevər, problemlərə həll gətirə bilən, sosial aktiv, bacarıqlı, ünsiyyətcil və ətrafına nümunə olan, ailəsini və ölkəsini sevən bir gənclik yetişdirməkdir.

Missiyamız

Ənənəvi dəyərlərə sahib çıxan, bəşəri düşünən yurdsevər, problemlərə həll gətirə bilən, sosial aktiv, bacarıqlı, ünsiyyətcil və ətrafına nümunə olan, ailəsini və ölkəsini sevən bir gənclik yetişdirməkdir.

Dəyərlərimiz

Dürüstlük və şəffaflığa ən yüksək səviyyədə riayət edin və qoruyun.

Şagirdlərə ən yaxşı tərəflərini inkişaf etdirmələrinə şans verin

İstedadlı həmkarlar üçün yol göstərici olun

Vizyonumuz

İnkişaf etməkdə olan ölkələrin tam potensialına çatmalarına dəstək məqsədilə müsbət dəyişiklikləri həyata keçirə bilmələri üçün şagirdləri müvafiq zehniyyət, bilik və bacarıqlarla təmin etmək

Vizyonumuz

İnkişaf etməkdə olan ölkələrin tam potensialına çatmalarına dəstək məqsədilə müsbət dəyişiklikləri həyata keçirə bilmələri üçün şagirdləri müvafiq zehniyyət, bilik və bacarıqlarla təmin etmək

Tədris metodikamız

Təlim prosesi sosial və emosional öyrənmə (SEL) metodikasına, təhsil sistemi isə Kembric Beynəlxalq kurikulumuna əsaslanır. Hazırda dünyanın bir sıra təhsil müəssisələrində təlim və tədris metodikası kimi tətbiq olunan SEL və Kembric sistemləri şagirdlərin təhsil həyatları ilə yanaşı, gələcək karyeralarında da müsbət təsirini əyani olaraq sübut etmişdir. Bəs SEL və Kembric metodikası nədir?

Tədris metodikamız

Təlim prosesi sosial və emosional öyrənmə (SEL) metodikasına, təhsil sistemi isə Kembric Beynəlxalq kurikulumuna əsaslanır. Hazırda dünyanın bir sıra təhsil müəssisələrində təlim və tədris metodikası kimi tətbiq olunan SEL və Kembric sistemləri şagirdlərin təhsil həyatları ilə yanaşı, gələcək karyeralarında da müsbət təsirini əyani olaraq sübut etmişdir. Bəs SEL və Kembric metodikası nədir?

Üstünlüklərimiz

Tez-tez verilən suallar

ZƏFƏR Liseyində təhsil haqqı növbə və bölmələrdən asılı olaraq əsaslı şəkildə dəyişilir. Dolğun və daha ətraflı məlumatı Liseyə yaxınlaşaraq və ya +994 50 209 25 36 telefon nömrəsi ilə əlaqə saxlayıb öyrənə bilərsiniz.

Aşağıdakı cədvəldə tətbiq olunan endirimlər göstərilmişdir:

  • Eyni ailədən olan ikinci və üçüncü uşaq üçün endirim – 5%.

ZƏFƏR Liseyinə səfər etmək və direktorla görüş üçün +994 50 209 25 36 nömrəli telefonla gün və saat təyin etməlisiniz. İstəyinizə əsasən (sinifdə yer olarsa) övladınıza Liseydə ödənişsiz sınaq günü də təyin etmək olar.

Bəli. Qəbul olmaq üçün imtahandan və müsahibədən uğurla keçməlisiniz.

  1. 1-ci sinfə uşaqlar psixoloq ilə müsahibə əsasında qəbul olunurlar.
  2. Məktəblilər 2-4-cü siniflərə müsabiqə əsasında, test imtahanlarının nəticələrinə (riyaziyyat, ana dili, ingilis dili) əsasən və psixoloq ilə müsahibə əsasında qəbul olunurlar.
  3. Məktəblilər 5-7-ci siniflərə müsabiqə yolu ilə, Dövlət Ümumtəhsil Proqramı çərçivəsində oxuduqları həcmdə akademik fənlər üzrə sınaq imtahanının nəticələrinə əsasən qəbul edilirlər. Psixoloqla müsahibənin nəticələri haqqında. Testlər vasitəsilə ana dili, riyaziyyat və ingilis dilini səviyyəsi qiymətləndirilir.
  4. 8 və 9-cu siniflərə qəbul zamanı test imtahanı ana dili, riyaziyyat, ingilis dili fənlərini öyrənmə səviyyəsini yoxlayır. İngilis dili biliyini yoxlayarkən qabaqcıl səviyyə tələb olunur.
  5. Boş yerlər olmadıqda, imtahandan uğurla keçmiş şagirdin məlumatları “gözləmə siyahısı”na əlavə edilir.

ZƏFƏR Liseyində ilkin ödəniş haqqı vardır (ödənişlər sektor və növbəyə görə dəyişir).

Nəzərdə tutulan şagird sayımız 22-25 nəfərdir.

ZƏFƏR Liseyində məktəbli geyim standartı vardır. Məktəbin fərdi rənglərinə uyğun oğlanlar və qızlar üçün hazırlanmış forma mövcuddur. Şagirdlər Liseyə forma ilə gəlməlidirlər. Üst geyimi Lisey tərəfindən ödənişli əsaslarla valideynlərə təqdim olunur, şalvar geyimi isə sərbəst seçim əsasında həm qızlar, həm də oğlanlar üçün tünd rəngdə olaraq müəyyən olunmuşdur.

ZƏFƏR Liseyi xüsusi olaraq müstəqil binada yerləşir, girişdə fərdi identifikasiya vasitələri olan turniketlər mövcuddur ki, bu da uşaqların tədrisi üçün təhlükəsiz və rahat şərait yaradır. Liseyimiz rahat sinif otaqları, idman və akt zalı, istirahət guşələri, oyun zonası olan həyətlə təchiz olunmuşdur. Geniş məktəb ərazisində 24 saat mühafizə, video nəzarət sistemi mövcuddur.

ZƏFƏR Liseyinin şagirdlərinə bütün dərsliklər təhsil haqqına daxil olduğu üçün ödənişsiz verilir. Müəllimlər şagirdlərə hər-hansı əlavə tədris vəsaitləri almağı tövsiyə edə bilər. Bu hal barədə müəllimlər valideynləri öncədən məlumatlandırırlar.

ZƏFƏR Liseyində şagirdlər tənəffüs zamanı istirahət edirlər. İstirahət aktiv olmalıdır, çünki monoton, oturaq dərsdən sonra şagirdin əqli və fiziki istirahətə ehtiyacı yaranır. Fasilələr zamanı açıq havada oyunlara icazə verilir. Diqqət yetirilir ki, oyunlar zamanı təhlükəsizlik qaydalarına əməl olunsun, məktəblilər təsadüfən bir-birlərinə xəsarət yetirməsinlər.

ZƏFƏR Liseyinin ünvanı aşağıdakı 2 filialda yerləşir:

1. Zabrat-Pirşağı yolu, “Xəzər bağları” yaşayış kompleksi ərazisində yerləşir. (Zabrat dairəsindən 2 km aralı). Əsas yolun kənarındadır.

2. Xırdalan şəhəri, “Absheron City” yaşayış kompleksi (H.Əliyev prospekti, Bravo marketin arxası)

 

 

Məktəbdənkənar fəaliyyətlər məktəb dərsi deyil. Məktəbdənkənar fəaliyyətlərdə şagird öz yaradıcılıq qabiliyyətlərini göstərə, yaradıcı təfəkkürünü inkişaf etdirə və qrupda işləmək bacarıqlarını artıra bilər.

ZƏFƏR Liseyi öz şagirdləri üçün akademik göstəricilərin yaxşılaşdırılmasına, üfüqlərinin genişləndirilməsinə, sosial bacarıqların, idman və yaradıcı istedadların inkişafına yönəlmiş zəngin məktəbdənkənar dərslər, tədbirlər və əyləncə proqramları təşkil edir. Bu proqramlar valideynlərlə razılaşdırılmış şəkildə həyata keçirilir.

ZƏFƏR Liseyində şagirdlər dərs saatı başlayandan bitənə kimi üzərlərində olan mobil telefon vasitələrini müvafiq şəxslərə təhvil verirlər, dərslər bitəndən sonra telefonlar geri qaytarılır.

Tədris ili Azərbaycan Respublikasının ümumtəhsil qaydalarına əsasən 15 sentyabr-15 iyun olaraq nəzərdə tutulmuşdur. Bir qayda olaraq tətil, bayram və istirahət günləri də eyni qayda ilə nəzərdə tutulur. Tədris proqramının və yükünün özəlliyi nəzərə alınaraq Lisey tərəfindən bəzi dəyişikliklər edilə bilər.

ZƏFƏR Liseyində hər bir şagirdin dərslikləri, dərs vəsait və ləvazimatları, geyimi və digər şəxsi əşyaları saxlamaq üçün fərdi dolabları mövcuddur.

ZƏFƏR Liseyində hər bir sinif beynəlxalq standartlara cavab verən avadanlıqlarla təchiz olunmuşdur. Bunlara: hər bir şagirdin fərdi masa və oturacağı, fərdi dolablar, elektron dərs keçmək üçün proyektor, dərsin keyfiyyətinə və təhlükəsizliyinə nəzarət etmək üçün müşahidə kamerası və s. daxildir.

ZƏFƏR Liseyində şagirdlərin dərsə gedib-gəlmələri üçün əməkdaşlıq edilən partnyor şirkət tərəfindən kənar servis xidməti təklif olunur. Xidmətin məbləği təhsil haqqına daxil deyildir, tariflər məsafəyə görə müəyyən edilr. 

ZƏFƏR Liseyində proqram yerli və Beynəlxalq Cambridge kurikulumu əsasında tədris olunur. Azərbaycan və rus bölməsində yerli proqrama paralel olaraq 2 fənn – riyaziyyat və həyat bilgisi  ingilis dilində, ingilis dili fənni isə saatlar artıq olmaq şərtilə daha dərindən tədris olunur. İngilis bölməsində isə bütün fənnlər Cambridge proqramına uyğun tam ingilis dilində keçirilir.

Ünvan

Bizi izlə

Ünvan

Bizi izlə